Vaşinqton, Rusiya Orta mənzilli Nüvə Qüvvələri sazişini (INF) pozacağı halda, xüsusilə, "hərbi xarakterli tədbirlər"in həyata keçirilməsinə imkan verən qanunvericilik təşəbbüslərini nəzərdən keçirir. ABŞ Konqresinin analitikləri tərəfindən hazırlanan hesabatda deyilir.
Hesabatda ABŞ-ın və onun müttəfiqlərinin "Rusiyada yeni bir kruiz raketinin ortaya çıxması ilə əlaqədar" təhdidlərin azaldılması üçün müxtəlif variantları nəzərdən keçirdiyi deyilir
Bu variantlar arasında həm hərbi tədbirlər, həm də ABŞ-ın müttəfiqlərilə birgə diplomatik addımların atılması yer alır. Bundan əlavə, Konqresdə "hərbi xarakterli tədbirlər" üçün qanunvericilik təşəbbüsləri müzakirə olunur.