Türkiyə Rusiyadan aldığı “S-400” hava hücumundan müdafiə sisteminin sirlərini ABŞ-ın araşdırmasına icazə verməyəcək. Baki-xeber.com xəbər verir ki, bunu Sputnik-ə Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbə deyib.
Mənbənin sözlərinə görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rsusiyanın Ankaradakı səfirinə Türkiyənin ABŞ-ın “S-400” sistemlərini araşdırmasına icazə verməyəcəyinə əmin edib.
Bundan əvvəl "Bloomberg" agentliyi Türkiyənin ABŞ-a Rusiyadan aldığı S-400 sistemlərini araşdırmağı təklif etdiyini iddia etmişdi. Lakin bu iddia Türkiyə XİN tərəfindən təkzib edilib.
“ABŞ-la görüşlərdə F-35-lərin zərər görməməsi və həssas məlumatların məxfi saxlanması üçün S-400-lərin NATO sistemlərindən müstəqil şəkildə istifadə ediləcəyini təsdiqlədik” - Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Qeyd edək ki, “S-400” zenit-raket müdafiə sisteminin Türkiyədə quraşdırılmasına 2019-cu ilin oktyabrında başlanılacaq.