ABŞ-ın Suriyadan çəkilmək qərarından sonra İsrailin Suriyada genişmiqyaslı müharibə hazırlıqlarına başlayıb. Baki-xeber.com xəbər verir ki, belə bir iddia ilə Rusiyanın "Nezavisimaya Gazeta" qəzeti çıxış edib.
Qəzet ABŞ-ın Suriyadan əsgərlərini çıxarması qərarından sonra, İsrailin İranla qarşıdurmada meydanda tək qaldığını yazır. Qəzet iddia edir ki, məhz bundan sonra İsrail Suriyada genişmiqyaslı müharibə hazırlıqlarına başlayıb.
Keçmiş müdafiə naziri Aviqdor Lieberman da ABŞ-ın Suriyadan çıxmasının şimalda, Livan və ya Suriyada genişmiqyaslı bir müharibə ehtimalını artırdığını deyib.