Hərbçilərini Suriyadan çıxarma qərarı verən ABŞ İsraillə birgə üzünü İraqa çevirib. Baki-xeber.com Türkiyə mediasına isrtinadən xəbər verir ki, İsrail lobbisinin nüfuzlu nümayəndəsi Cozef Frager Vaşinqtonun və Təl-Əvivin İraqda bir kürd dövləti qurmaq istəyində olduğunu deyib.
O, ABŞ-ın Suriyadan çəkilməsindən narazı görünən rəsmi Təl-Əvivin Vaşinqtonla birlikdə gizli bir planı həyata keçirməyə hazırlaşdırğını iddia edib.
ABŞ əsgərlərinin İraqa çəkilməsinə dair yazı qələmə alan C.Frager, Yaxın Şərqdə bir kürd dövlətinin yaradılmasının zamanı gəldiyini açıq şəkildə bildirir.
"Israel National News"da "Kürd dövləti zamanı" başlıqlı bir yazı qələmə alan Cozef Frager İsrailin baş naziri Binyamin Netanyahuya olduqca yaxın şəxsdir. "Orta Şərqdə kürd dövlətinin qurulması ABŞ, İsrail və Yaxın Şərqin dugər ölkələri üçün mühüm hadisə olacaqdır" – yazan Frager məqaləsində ABŞ və İsrailin Orta Şərq planını ifşa edir.
Onun sözlərinə görə, 2019-cu ildə ABŞ-ın dövlət katibi Pompeo və yeni müdafiə nazirinin işinin bir parçası da kürd dövləti qurmaq olacaq.
C.Frager ABŞ-ın Suriyadan çəkilməsinin iki əsas səbəbini də açıqlayıb: “Birincisi ABŞ-ın Suriyada başarısız olmasıdır. İkincisi isə, Türkiyənin Suriyada aktivliyidir”.
Açıq şəkildə bildirilən bu niyyət Türkiyənin bölgədəki maraqlarını təhdid edən aqressiv münasibətləri birləşdirir.