İsrail Suriyada Əsəd rejimini yenidən bombalayıb. Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Dəməşqdə partlayış səsləri eşidilib.
Rusiya mətbuatı isə Suriyanın havadan müdafiə sistemlərilə İsrailin hücumlarının qarşısını aldığını yazır. Suriyanın dövlət televiziyası hava hücumlarının Livan hava məkanından gəldiyini açıqlayıb. Qeyd edilir ki, Dəməşqə bir neçə raket atılıb. Dövlət televiziyası hücumun qarşısının alındığını desə də Dəməşqin bir neçə yerində partlayışların olduğu xəbər verilir. Suriyanın rəsmi dövlət agentliyi isə, hücumu reallaşdıran hədəflərin vurulduğunu yazır.
İsrail ordusu isə Suriyadan atılan raketlərin qarşısını almaq üçün havadan müdafiə sistemlərinin işə salındığını bəyan edib. Ancaq hədəfin məhv edilib-edilməməsi barədə heç bir açıqlama verilmir. İsrail mediası isə ölkənin iki bölgəsində partlayış səsləri eşidildiyini yazır.
Livan isə İsrail döyüş təyyarələrinin ölkənin hava məkanını pozduğunu açıqlayıb.