Rusiyanın Ukraynaya hücumu davam edərkən maraqlı bir detal ortaya çıxıb. Sovet İttifaqının dağılmasından sonra başladılan tərksilah kampaniyası çərçivəsində Ukrayna “Ağ qu quşları” adlandırılan Tu-160 bombardmançılarını təbii qaz borcları müqabilində Rusiyaya verib.
Bütün bu müddətdən sonra dünyanın ən ağır və səsdən sürətli ən güclü bombardmançısı olan Tu-160-lar hücum, dağıntılar və ölümlərlə yenidən Ukraynaya qayıdıb.
Tu-160-lar Yerdən 20 km (12,4 mil) hündürlükdə uça bilir və 45 ton bomba və ya onlarla Kh-55 nüvə raketi daşıya bilir. Son illərdə Rusiya ABŞ və Kanadanın hava məkanını pozmaq üçün Arktika üzərindən Tu-160-larla uçuşlar həyata keçirib, Venesuelaya eniş edib və Suriyaya qanadlı raketlər atıb.
Rusiyanın bir vaxtlar daha çox təyyarəsi olan Ukraynaya hücumlarında Tu-160 strateji bombardmançı təyyarəsindən istifadə etməsi diqqətdən yayınmır. “Ağ qu quşları” keçən mart ayından bəri Ukraynanı cəhənnəmə çeviriblər.
Qeyd edək ki, Rusiyanın “Ağ qu quşlarının” yarısı və yüzlərlə raketi bir vaxtlar Kiyevə məxsus olub.
ABŞ-ın keçmiş prezidenti Barak Obama 2005-ci ildə Donetskə səfər edib. Ərazidə olan 400 000 atıcı silahın, 1 000 portativ zenit raketinin və 15 000 ton sursatın məhv edilməsi üçün 48 milyon ayırıb. Obamanın Ukraynaya səfəri Qərbin Ukraynanın Soyuq Müharibə dövründəki silah anbarlarını məhv etmək və ya Rusiyaya ötürmək səylərinin bir hissəsi idi.
1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Kiyev Ukraynanın şimalındakı Priluki aviabazasında olan nüvə silahları da daxil olmaqla böyük bir silah arsenalını və 19 “Ağ qu quşunu” miras aldı. Lakin Kiyev bütün digər keçmiş sovet respublikaları kimi Qərbin təzyiqinə boyun əydi və minlərlə nüvə başlığını Moskvaya qaytardı.
Tahir TAĞIYEV