Bazar ertəsi günü, 09 noyabr 2026
     

İranda rejimə qarşı yeni üsyan başlayır

Image


“Facebook” platformasının da daxil olduğu “Meta” şirkətinə Nəzarət Şurası sözügedən sosial şəbəkədə “Xamneyiyə ölüm!” şüarı olan postun silinməsinə dair qərarını ləğv edib. Şirkət bildirib ki, İranın ali liderinin tənqidi üçün işlədilən bu şüar “Meta”nın zorakılıq hədələrinin önlənməsinə dair qaydalarını pozmur.

“Meta” tərəfindən maliyyələşdirilsə də, müstəqil olan şura bildirib ki, belə postlarda “Xamneyiyə ölüm!” – “Rədd olsun Xamneyi!” kimi başa düşülməlidir. “Reuters” agentliyinin xəbərinə görə, şura “Meta” şirkətini siyasi kontent siyasətinə bir də baxılmasına və bu siyasətə dövlət başçılarına qarşı ritorik hədələrə icazə verilməsini əsaslandırmağa çağırıb. Şura bildirib ki, İrandakı hazırkı sosial, siyasi və linqvistik vəziyyətdə “mərg bar Xamneyi” (“Xamneyiyə ölüm!”) şüarı “rədd olsun Xamneyi” kimi başa düşülməlidir, bu realist hədə yox, ritorik siyasi şüardır. O da qeyd edilir ki, İrandakı mürəkkəb siyasi vəziyyət “Meta” şirkətinin “Facebook” platformasının idarə olunmasında da çətinliklər yaradıb. Şirkət “ciddi zorakılığa” çağırışları önləməyə çalışsa da, eyni zamanda ifadə azadlığını da məhdudlaşdırmaq istəmir. Bunlar fonunda İranda etiraz aksiyaları davam edir. Rejimin qəddarlığına baxmayaraq, xalq geri çəkilmək niyyətində deyil. İran Aerokosmik Qüvvələrinin komandanı general-leytenant Əmir Əli Hacızadə bu fonda olduqca maraqlı açılama verib. O, günahsız insanları öldürdüklərini etiraf edib: “Suriyada xalq hökumətə qarşı nümayişə çıxdı və biz səhv etdik. Onları güllələdik. Bunun əksi oldu, xalq silahlanmağa başladı. O səhvi İranda təkrarlamaq istəmirik”. Amma bu səhvlər təkrar olunur. Daha bir məsələ isə rejimin ölkədə yaşanan ağır sosial-iqtisadi problemləri həll edə bilməməsidir. Qeyd edək ki, Gələcək İraq İqtisadi Araşdırmalar İnstitutu İranda insanların durumu ilə bağlı məlumat yayıb. Həmin məlumatda bildirilir ki, İranda ölkənin rifah bazasına görə, 25 milyon insan yoxsulluq həddinin altındadır və hər 3,3 iranlıdan biri yoxsuldur. Həmçinin, Dünya Bankının məlumatına görə, İraqın adambaşına düşən gəliri İranın adambaşına düşən gəlirindən təxminən iki dəfə çoxdur. İran parmentinin keçmiş deputatı və hazırda Məşvərət Şurasının üzvü Əhməd Təvəkküli bunun təhlükəli hal olduğunu bildirir. O qeyd edir ki, yaxında yoxsulların hakimiyyətə qarşı üsyanı baş verə bilər: “İranda yoxsulların üsyanı yaxınlaşıb. Bir vaxtlar bir ana 2-3 kq ət bişirirdi, 7-8 nəfər yeyirdi. Amma indi şorba da bişirə bilmir”. Keçmiş millət vəkili hökumət rəsmilərinə xəbərdarlıqlı məktub yazdığını bildirir:  “Siz xalqın əlindən şorba yeməyini də almısınız. Elə etməyin ki, xalq ayağa qalxaraq qab-qacağı yığışdırsın!”. Son illərdə ailələrin ümumi xərclərinin təxminən üçdə ikisini təşkil edən ərzaq və mənzil qiymətlərində inflyasiya səviyyəsi 40%-dən yuxarıdır. Ötən yay məzənnənin liberallaşdırılması siyasətinin həyata keçirilməsindən sonra ərzaqda inflyasiya səviyyəsi 90%-ə yüksəlib. Onu da qeyd edək ki, İranda Tehranın Qərblə uğursuz nüvə danışıqlarına görə üzləşdiyi iqtisadi çətinliklərin və antihökumət etirazlarının davam etdiyi bir dövrdə ölkənin milli valyutası - rialın kəskin devalvasiyası müşahidə olunur. Milli valyutanın ucuzlaşmaqda davam etdiyi bir vaxtda iranlılar pullarını dollar və avroya mübadilə etməyə çalışırlar. Bu da inflyasiya və iqtisadi çətinliklərin miqyasının daha da artmasına gətirib çıxarır.

Bütün bunlara qarşı etirazları rejim repressiyalarla dayandırmağa cəhd edir. Qadınlar üçün məcburi baş örtüyü və ali dini lider Əli Xamneyi qəzəb dalğasının mərkəzindədir. Hökumət rəsmiləri etirazları yatırmaqdan ötrü get-gedə daha çox gücə əl atır, daha çox vətəndaşı öldürür. Ancaq iranlılar pərakəndə küçə yığıncaqları və hökumətin hücumlarının qurbanlarının yas mərasimlərində etirazlarını ifadə edirlər. Tehranda yaşayan sosioloq Həmid Reza Cəlaipur deyir ki, hakimiyyətlə əhali arasındakı uçurum dərinləşməkdə davam edir.  O, hazırkı etiraz dalğasını hakimiyyətin illərlə xalqın tələblərini dinləməməsi ilə əlaqələndirib. Bu arada o da bəlli olub ki, İran parlamentinin keçmiş üzvü və tanınmış qadın haqları fəalı Faezeh Haşimi-Rəfsəncani hökumət əleyhinə etirazları dəstəklədiyinə görə beş il müddətinə azadlıqdan məhrum edilib. Onun vəkili Nida Şəmsin  sözlərinə görə, İranın eks-prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı sentyabrın 27-də həbs edilərək Evin həbsxanasına aparılıb: “Müvəkkilim birinci instansiya məhkəməsi tərəfindən, guya xalqı nümayişə təhrik etdiyinə görə, 5 il müddətinə azadlıqdan məhrum edilib. Qanuni müddət ərzində bu qərardan şikayət verməyə çalışacağıq”. İran məhkəməsi həmçinin 60 yaşlı fəalı “ölkənin təhlükəsizliyinə qarşı sui-qəsddə və mövcud hökumət sisteminə qarşı təbliğatda” ittiham edib. Qeyd edək ki, Faezeh Haşimi-Rəfsəncani 2009-cu ildə beş il müddətinə siyasi, mədəni və təhsil fəaliyyəti ilə məşğul olmaqdan məhrum edilib. 2011-ci ildə fəal islahat hərəkatının lideri Mirhüseyn Musəviyə dəstək mitinqində çıxış etdiyi üçün həbsxanaya düşüb.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ