İddia olunur ki, Vatikanda mühafizəkarlar katoliklərin ruhani lideri Papa Fransiski "mötədil fikirlərinə" görə devirməyi planlaşdırırlar.
“The Telegraph” qəzetinin xəbərinə görə, qeyd edilir ki, Fransiskin liberal fikirləri ənənəçilərdə şübhə doğurur və sələfi Papa XVI Benediktin ölümündən sonra onu istefaya məcbur etmək planları gündəmə gəlib.
İtaliyanın “La Stampa” qəzetinə danışan kardinal bildirib ki, mühafizəkar qrup “solçu” Roma Papası Fransiskə qarşı hərəkətə keçməyə hazırdır.
"Gizli plan müxtəlif oxlar, mərhələlər üzrə tərtib ediləcək və yeganə bir hədəfi olacaq – papalığı təzyiq altına salıb, Fransiski istefa verməyə məcbur etmək" - kardinal deyib.
Tahir TAĞIYEV