Türkiyənin Fransanın Marsel şəhərindəki Baş Konsulluğuna molotof kokteyli ilə hücum edilib.
Türkiyənin Marseldəki baş konsulu Arda Ulutaş “Anadolu” agentliyinə (AA) bildirib ki, dünən maskalı 6 nəfər Marseldəki Baş Konsulluğa molotof kokteyli ataraq qaçıb.
Ulutaş bildirib ki, təhlükəsizlik işçiləri həyəcan düyməsini basdıqdan sonra Fransa polisi dərhal hadisə yerinə gəlib və araşdırma başlayıb.
“Xoşbəxtlikdən xəsarət alan olmayıb, maddi ziyan da olmayıb” deyən Ulutaş şikayət ərizəsi yazdıqlarını və Marsel polisi ilə əlaqə saxladıqlarını bildirib.
Ulutaş hücumu kimin və nə üçün törətdiyini bilmədiklərini bildirib.
Tahir TAĞIYEV