Bazar ertəsi günü, 09 noyabr 2026
     

Qərb Ukraynanı başdan-ayağa silahlandırmaq qərarı verdi – ABŞ, Fransa, Almaniya ayaqlandı...

Image


Dünyanın siyasi, iqtisadi həyatına ciddi təsir etməkdə olan Rusiya-Ukrayna müharibəsinin bu il ərzində də tam şiddətlə davam etməsi gözlənilir. Buna səbəb odur ki, Rusiya Ukraynadakı hədəflərindən geri çəkilmək niyyətində deyil. Bu fonda Qərb ölkələri də Ukraynaya yardımı artırmaqda, bu ölkəni daha müasir silahlarla təmin etməkdədirlər.

ABŞ kəşfiyyatının ehtiyatda olan zabiti Skott Ritter bu fonda müharibənin cari il ərzində daha qanlı xarakter alacağını vurğulayır: “Ötən il fevralın 24-nə qədər belə hesab olunurdu ki, NATO və ABŞ-a müqavimət göstərməyə heç kim cəsarət edə bilməz. Rusiya Qərbə səbrinin həddi-hüdudu olduğunu göstərməyə cəsarət etdi. O, Qərb ölkələrinin məsuliyyətsiz hərəkətlərinə cavab olaraq hər şeyə gedə biləcəyini göstərdi. Vladimir Putinin müharibə qərarı Qərb ölkələrini şoka saldı, çünki buna qədər heç kim Rusiyanı ciddi qəbul etmirdi”. İndi bu vəziyyətdə Qərbin Ukraynanı getdikcə daha müasir texnika ilə təmin etməsi cəbhədə vəziyyətin daha da gərginləşəcəyini göstərir. Məhz belə bir vaxtda ABŞ prezidenti Co Bayden təsdiq edib ki, Vaşinqton hazırda Ukraynaya “Bradley” piyadaların döyüş maşını (PDM) verilməsini nəzərdən keçirir. Kentukki ştatında səfərdə olan Bayden “Ukraynaya “Bradley” PDM-i veriləcəkmi” sualına “Bəli” cavabını verib. Prezident bu maşınların Ukraynaya nə vaxt çatdırılacağı və başqa məsələlər barədə təfərrüata varmayıb. Lakin Bayden və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığından sonra iki ölkənin birgə yazılı bəyanatında deyilir ki, ABŞ administrasiyası Ukraynaya 50-yə yaxın “Bradley” piyada döyüş maşını verəcək. Sənəddə bildirilir: “Bayden və Şolts lazım olduğu müddətcə Ukraynaya maliyyə, humanitar, hərbi və diplomatik dəstək verməkdə davam edəcək. Bu məqsədlə ABŞ və Almaniya Ukraynanı “Bradley” PDM ilə təmin etmək niyyətindədir. Hər iki ölkə Ukrayna qoşunlarına müvafiq sistemlərdə təlim keçməyi planlaşdırır”. Güclü atəş vasitələri ilə silahlandırılmış “Bradley” zirehli maşınından ABŞ ordusu 1980-ci illərin ortalarından bəri istifadə edir. Burada onu da xatırladaq ki, 2022-ci ilin sonunda ABŞ Konqresinə 2023-cü il üçün müdafiə büdcəsinin layihəsi təqdim olunmuşdu. Bu büdcədə Ukraynaya 45 milyard dollar məbləğində hərbi yardım da nəzərdə tutulmuşdu. Bütünlükdə 2022-ci il ərzində ABŞ Kiyevə 120 milyard dollarlıq hərbi yardım verib. Bu il ərzində ABŞ Ukraynaya yeni müasir hərbi texnikalar verilməsini planlaşdırır. Ukraynaya yeni maliyyə yardımı paketi Avropa İttifaqında da təsdiq olunub. Avropa İttifaqı Avropa Komissiyasının təqdimatı ilə Ukraynaya 18 milyard avroluq güzəştli kredit paketi verəcək. Ukrayna bu krediti 2033-cü ildən başlayaraq 35 il müddətində ödəməlidir.

Bu arada məlum olub ki, Fransa hökuməti də Ukraynaya “AMX-10 RC” təkərli tanklarının və “Bastion” zirehli PDM-lərinin verilməsinə hazırlaşır. Bu barədə özünün “Twitter” hesabında Fransa prezidenti Emmanuel Makron yazıb. Yelisey sarayından vurğulayıblar ki, “AMX-10 RC” Ukraynaya verilən ilk Qərb istehsalı tank olacaq. Makron bir neçə gün əvvəl qeyd edib ki, tankların göndəriləcəyi barədə məlumatı Ukrayna prezidenti Volodimir Zelenskiyə telefon söhbəti zamanı şəxsən çatdırıb: “Nə qədər ki qələbə olmayıb, nə qədər ki Avropaya sülh qayıtmayıb, bizim Ukraynaya dəstəyimiz zəifləməyəcək. Mən prezident Zelenskiyə demişəm: Fransa yüngül döyüş tankları verəcək və hava hücumundan müdafiə məsələsində dəstəyini davam etdirəcək”. Zelenski bu hərbi yardıma görə Fransaya təşəkkürünü bildirib: “Mən Ukraynaya yüngül tankların və “Bastion” zirehlilərinin verilməsi qərarına, bu istiqamətdə partnyorlarla işin aktivləşdirilməsinə görə təşəkkürümü bildirmişəm. Biz hava hücumundan müdafiə sistemimizin və başqa müdafiə vasitələrimizin əsaslı şəkildə möhkəmləndirilməsi üçün bundan sonrakı əməkdaşlığımızı razılaşdırmışıq. Biz sülh formulunun həyata keçirilməsi üzərində işləmək barədə razılığa gəlmişik”. Fransa istehsalı “AMX-10 RC” zirehli maşınları döyüş kəşfiyyatının həyata keçirilməsi üçün istifadə olunur. Bu maşınlar 1981-ci ildən bəri Fransa ordusunun istifadəsindədir. 2021-ci ilə olan məlumata görə, Fransa ordusunun 240 ədəd belə maşını olub. Bu maşının 105 mm çaplı topu, 7.62mm çaplı pulemyotu və tank qülləsinin iki tərəfində iki qumbaraatanı var. Belə bir vaxtda Almaniya bəyan edib ki, Ukraynaya təkmil silahların verilməsində keyfiyyətcə yeni addımın atılmasına hazırlaşır. Media bu yardım paketinə “Marder” zirehli döyüş maşınlarının da daxil olacağını yazır. "Süddeutsche Zeitung" qəzeti məlumat yayıb ki, Almaniya hökuməti Ukraynaya məhz “Marder” PDM-ləri vermək imkanını nəzərdən keçirir. Ukraynaya müasir zirehli döyüş maşınlarının verilməsinə Almaniya kansleri Olaf Şolts çağırış etmişdi. Almaniya parlamenti müdafiə komitəsinin rəhbəri və Şolts hökumətinin koalisiya müttəfiqi olan Azad Demokratlar partiyasının üzvü Mari-Aqnes Ştrax-Zimmerman Berlini Ukraynaya “Marder” döyüş maşınları göndərməyə və bu maşınların idarə olunması üçün ukraynalıların təlimləndirilməsinə çağırıb. Almaniya Yaşıllar Partiyasının sözçüsü Sara Nanni isə deyib ki, Berlin Kiyevə “Marder” maşınlarından başqa həm də “Leopard” tankları verməlidir. Şoltsun özünün Sosial Demokrat partiyasından parlament fraksiyasının rəhbəri Rolf Mützenix  bildirib ki, Ukraynaya döyüş tankları verilməsini o da dəstəkləyir. Şolts Ukraynaya müharibə başlanan ilk gündən hərbi dəstək verilməsini təşkil edib, lakin o da başqa Qərb müttəfiqləri kimi Moskva ilə birbaşa münaqişədən yayınmaq üçün Ukraynaya ağır silahların verilməsində tərəddüd keçirib. Almaniya kansleri Ukraynaya tankların və başqa ağır silahların NATO müttəfiqləri ilə birlikdə kollektiv şəkildə verilməsinə tərəfdardır. Şərhçilər bildirirlər ki, Almaniyanın Ukraynaya tanklar verilməsi barədə qərarının indi, ABŞ və Fransanın qərarından sonra qəbul etməsi gözlənilən idi. Bununla belə, “The Washington Post” qəzeti yazır ki, ABŞ administrasiyası əvvəllər olduğu kimi hələ də Ukraynaya “Abrams” ağır döyüş tanklarının verilməsini istisna edir. Bayden administrasiyasının vəzifəli rəsmisi mediaya deyib ki, bu tankların çəkisi 55 tondur və onlar qaz-turbin mühərrikinə malikdir, buna görə də yanacağı çox işlədir. Onun sözlərinə görə, bundan başqa “Abrams” tanklarını təmir edəcək heyətlərə ayrıca təlim keçilməlidir. Qəzetin qeyd etdiyinə görə, “Abrams” tankları o qədər ağırdır ki, keçmiş prezident Donald Trampa onların Müstəqillik günü paradına çıxarılması üçün icazə verilməmişdi.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ