Türkiyə Prezidenti Ərdoğanın Putin və Zelenski ilə telefon görüşündən sonra Kreml Rusiyanın 6-7 yanvar tarixləri arasında Ukraynada atəşkəs elan edəcəyini açıqlayıb.
Kremldən verilən açıqlamada Putinin Rusiya müdafiə nazirinə Ukraynada Pravoslav Milad bayramı ilə əlaqədar atəşkəs əmri verdiyi bildirilib.
Rusiya qoşunları sabah saat 12-dən etibarən 36 saat cəbhənin arxasında olacaq.
Rusiya prezidentinin Ukraynada bütün təmas xətti boyunca müvəqqəti atəşkəs elan edilməsi əmrindən sonra Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak bu qərara “ikiüzlülüyünü özündə saxla” deyərək reaksiya verib.
Podolyak sosial media hesabında paylaşım edərək Rusiyanın bir daha mülki vətəndaşları hədəf aldığını ifadə edib: "Birincisi, Ukrayna Rusiya kimi yad torpaqlara hücum etmir və mülki insanları hədəfə almır. Ukrayna yalnız öz ərazisində işğalçı ordu üzvlərini məhv edir. İkincisi, Rusiya işğal altındakı torpaqlardan geri çəkilməlidir. Yalnız bundan sonra “müvəqqəti atəşkəs” əldə olunacaq. İkiüzlülüyünü özünüzdə saxlayın".
Tahir TAĞIYEV