ABŞ Nümayəndələr Palatasının respublikaçılardan olan sədrinin seçkisi 3-cü dəfə baş tutmadı.
Nümayəndələr Palatasında 222 respublikaçı konqresmen təmsil olunur. 3-cü tur səsvermədə respublikaçı namizəd Kevin Makarti 200 respublikaçının səsini alıb, 22 respublikaçı konqresmen ona etimad göstərməyib. Respublikaçı namizəd qalib gəlmək üçün azı 218 səs almalıdır. Demokratların namizədi Konqresdə təmsil olunan 212 konqresmenin hamısının səsini alıb. Qələbə üçün ona da azı 218 səs lazımdır. Bundan sonra nə baş verəcək? ABŞ qanunlarına görə, namizədlərdən hansısa azı 218 səs alana qədər səsvermə turları davam edəcək. Bunun neçənci səsvermə raundunda baş verəcəyini də söyləmək çətindir.
Xatırladaq ki, ABŞ-ın tarixində buna oxşar son hadisə 100 il əvvəl - 1923-cü ildə baş verib və o zaman Konqresin sədri 9-cu səsvermə turunda seçilmişdi.
Ola bilsin ki, hələ 6 səsvermə raundu irəlidədir.
Ramil Quliyev