Fransada səhiyyə sistemi çöküb. Ölkədə tibb işçisi çatışmazlığı səbəbindən təcili yardıma gələn xəstələr ən azı 90 saat gözləməli olurlar. Fransa xəbər agentliyi AFP xəbər verir ki, Strasburqun ən böyük xəstəxanalarında təcili yardım xidmətində gözləmə müddəti 3 günü keçə bilir.
Bildirilir ki, şəhərdəki xəstəxanalarda dəhlizlər xərəkdə gözləyən xəstələrlə doludur.
Təcili yardımda gözləmə müddətinin ən az 12 saat olduğu Fransada xəstəxanaların son bir aydır həyəcan təbili çaldığı bildirilir. Müalicə başlamazdan əvvəl xəstələr dəhlizlərdə xərəkdə otaq gözləyirlər.
Nevers şəhərində həkim və tibb işçisi olmadığı üçün həkimlərin ətraf şəhərlərdən təyyarə ilə gətiriləcəyi bildirilir. “Franceinfo” saytının məlumatına görə, hər gün təyyarə ilə Dijondan həkim və feldşerlərin gətirilməsi planlaşdırılır.
Nevers şəhərinin meri Denis Turiot "uçan həkimlər" konsepsiyasını noyabr ayında təqdim etmişdi. “Hava Uçuş” adlanan bu layihədə ehtiyacdan asılı olaraq hər gün kiçik bir təyyarə ilə Dijondan Neversə tibb bacıları və ya həkimlər gətiriləcək. 35 dəqiqəlik səyahətin adambaşına qiyməti 650 avrodur. Nevers bələdiyyə başçısı əlavə edib ki, "müvəqqəti həkimin gündə ən azı 1000 avro xərci var".
Tahir TAĞIYEV