Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun ölkəsinə qarşı hücumlarının arta biləcəyini bildirib.
Telegram hesabında ictimaiyyətə müraciət edən Zelenski Rusiya qüvvələrinin raket və pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynaya hücumlarını davam etdirdiyini deyib.
Zelenski son iki gündə Rusiya qüvvələri tərəfindən buraxılan 80-dən çox PUA-nın havada məhv edildiyini qeyd edib: "Yeni il gecəsindən cəmi iki gün keçir və Ukraynada vurulan İran PUA-larının (İran istehsalı PUA) sayı artıq 80-ni ötüb. Yaxın gələcəkdə bu rəqəm arta bilər. Ona görə də qarşıdakı həftələr gecələr kifayət qədər gərgin keçə bilər. Rusiyanın uzunmüddətli “Şahid” (Şahid PUA-ları) hücumu planlaşdırdığına dair məlumatımız var”.
Zelenski Ukraynanın hava hücumundan müdafiə qüvvələrini daha diqqətli olmağa çağırıb: “İndi hava məkanının qorunması ilə məşğul olan hər kəs daha diqqətli olmalıdır”.
Tahir TAĞIYEV