İsrail Müdafiə Nazirliyi İrana mümkün hücuma hazırlıq məqsədilə hərbi büdcənin artırılmasını istəyib.
İsrail İctimai Yayım Korporasiyası (KAN) adını açıqlamadığı təhlükəsizlik mənbəsinə istinadən Müdafiə Nazirliyinin 2023 və 2024-cü illər üçün 10 milyard şekel (2,8 milyard dollar) artım tələb etdiyi, bunun da cari büdcədə 12 faiz artıma uyğun gəldiyini bildirib.
Xəbərdə belə bir tələbin İrana qarşı mümkün hərbi hücuma hazırlıq və nazirliyin büdcəsində inflyasiyanın yaratdığı kişilmə səbəbilə edildiyi bildirilib.
İsrailin baş naziri Benyamin Netanyahunun yeni qurulan hökumətinin məqsədlərindən biri də İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
Keçən il bir çox İsrail rəsmisi İranın nüvə silahı əldə etməsinə qarşı ordunun mümkün hərbi hücuma hazırlaşdığını bildirib.
Tahir TAĞIYEV