Ukrayna ordusu Donetskdəki Rusiya hərbi bazasını vurub. Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukrayna ordusunun Donetsk vilayətinin Makiyevka şəhərində rus hərbçilərinin müvəqqəti yerləşdiyi bazaya hücum etdiyi bildirilib.
Açıqlamada Ukraynanın atdığı 6 ABŞ istehsalı olan HIMARS raketindən 2-nin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu bildirilib. Müdafiə Nazirliyi hədəfə alınan bazaya 4 raketin düşməsi nəticəsində 63 rus əsgərinin həlak olduğunu açıqlayıb.
Ukrayna ordusundan verilən açıqlamada isə Makiyevkada rus əsgərlərinin yerləşdiyi binanın raketlərlə hədəf alındığı, 400 rus əsgərinin öldüyü, 300 əsgərin isə yaralandığı iddia edilib.
Tahir TAĞIYEV