Avropa İttifaqının (Aİ) daxili işlər nazirlərindən ibarət Daxili İşlər Şurasının ötən il dekabrın 8-də keçirilən iclasında Şengen və avro bölgəsinə daxil edilməsi təsdiqlənən Xorvatiya rəsmi olaraq sözügedən bölgələrə daxil edilib.
AB-yə 2013-cü ildə daxil olan Xorvatiya, yeni ildən Sloveniya ilə sərhəddəki Breqana sərhəd keçid məntəqəsində təşkil edilən mərasimlə polis sərhəd nəzarətinin sona çatmasını simvolizə edən üzərində "sərbəst keçid" yazılan tabela asılıb.
Mərasimdə iştirak edən Avropa Komissiyasının sədri Ursula fon der Leyen Xorvatiyanın, Avropa İttifaqının ən gənc üzvü olan dövlət üçün iki böyük nailiyyət sayılan Şengen və avro zonasına qoşulduğunu deyib: “Hər ikisi də eyni gündə baş verir. Bu, həqiqətən də tarix kitablarında yer alacaq bir gündür”.
Mərasimdən sonra Xorvatiyanın baş naziri Andrey Plenkoviç və Fon der Leyen paytaxt Zaqrebi gəzərək, kafedən avro ilə ödəniş edərək qəhvə alıblar. Plenkoviç qəhvələrin pulunu avro ilə ödəyərkən fon der Leyen tərəfindən alqışlanıb.
Qeyd edək ki, Xorvatiya Şengen zonasına daxil olan 27-ci, avro zonasına isə 20-ci ölkə oldu.
Tahir TAĞIYEV