Rusiya prezidenti Vladimir Putin martın 31-də imzaladığı xarici alıcıların Rusiya qazının pulunu rublla ödəməsi barədə fərmanda 9 ay sonra dəyişiklik edib.
Putin imzaladığı yeni fərmanla Rusiyaya qarşı sanksiya tətbiq edən və “dost olmayan” kimi müəyyən edilən Qərb ölkələrinə Rusiya qazı üçün ödənişləri xarici valyuta ilə ödəmə imkanı verilir.
Rusiya qazını idxal edən “dost olmayan” ölkələrə borclarını dollar və ya avro kimi xarici valyutalarla ödəməyə icazə verən fərmana əsasən, bu ölkələrin borclarının ödənilməsi Rusiya qazının nəqlinin bərpası demək olmayacaq.
Qeyd edək ki, Rusiyanın enerji şirkəti "Qazprom" Polşa, Bolqarıstan, Finlandiya, Hollandiya və bəzi Avropa şirkətlərinə rublla ödəniş etmədikləri üçün təbii qaz nəqlini dayandırıb.
Tahir TAĞIYEV