Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko şəhərdə partlayış səslərinin eşidildiyini bildirib.
Kliçko Telegram hesabında "Paytaxtda partlayış səsləri eşidilir. Hava hücumundan müdafiə sistemi işləyir" sözlərini paylaşıb.
Kiyevin Holosiiv və Şevçenkov rayonlarında partlayışların baş verdiyini qeyd edən Kliçko havada məhv edilən raket hissələrinin Şevçenkov rayonunda park edilmiş avtomobilin üzərinə düşdüyünü bildirib.
Kliçko bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, ötən gün Rusiya ordusunun Kiyevə həyata keçirdiyi raket hücumları nəticəsində 1 nəfər ölüb, 20 mülki şəxs yaralanıb.
Tahir TAĞIYEV