Ukraynaya hücumlarını davam etdirən Rusiyanın İranla yeni müqavilə bağladığı ortaya çıxıb. iddialara görə, Ukrayna müharibəsində Rusiyaya kamikadze PUA yardımı edən İran Rusiyadan döyüş təyyarələri almağa çalışır.
“The Times of Israel”in yazdığına görə, Rusiya yaxın vaxtlarda İrana “Sukhoi Su-35” qırıcıları tədarük edəcək. Qeyd edilir ki, İran da aldığı döyüş təyyarələri müqabilində Ukraynada istifadə etmək üçün Rusiyaya 1700 ədəd "Şahed-131" kamikadze PUA və "Şahed-136" kamikadze PUA göndərəcək.
2018-ci ildə Misir Rusiya ilə təqribən 3 milyard dollarlıq müqavilə çərçivəsində 24 ədəd Su-35 döyüş təyyarəsinin alınmasına dair müqavilə imzalayıb. “The Aviation Geek Club”ın məlumatına görə, Misir Hərbi Hava Qüvvələri üçün istehsal olunan Su-35-lər hazırda Komsomolsk-on-Amurda park edilir və başqa ölkə onları satın almasa, bir müddət orada qalacaq.
Qərb kəşfiyyatının “The Time of Israel”ə verdiyi açıqlamalara görə, iranlı pilotlar Rusiyada Su-35 üçün təlim keçir. İran Hərbi Hava Qüvvələrinin inventarında ABŞ istehsalı olan keçmiş F-4, F-5 və F-14 döyüş təyyarələri var. İran bu alışla köhnə təyyarələri yeni texnologiyalı təyyarələrlə əvəzləmək istəyir.
Tahir TAĞIYEV