Bazar ertəsi günü, 09 noyabr 2026
     

İranda yeni hakimiyyət-xalq qarşıdurması başlanır...

Image


“İrandakı mövcud quruluşa hücum etmək istəyən düşmənlərimizə layiqli cavabları verilir”. Bunu İran Prezidenti İbrahim Rəisi Fatimeyi-Zəhranın vəfatı ilə əlaqədar keçirilən tədbirdə ölkədəki etiraz aksiyalarından bəhs edərkən deyib.

Onun sözlərinə görə, müstəmləkəçilər və böyük dövlətlər azadlıq, aldadıcı şüarlarla xalqa yoxsulluq və zillət gətirirlər. Rəisi ölkədəki uğurların İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyinin və onun başçılıq etdiyi rəhbərliyin sayəsində əldə edildiyini, çatışmazlıqların imansızlara aid olduğunu vurğulayıb. İran prezidenti dünyada korrupsiyanın, ədalətsizliyin və fironçuluğun hökm sürdüyünü bildirərək deyib: “Bu müharibədə şahçılar, ikiüzlülər, təkəbbürlü insanlar öz rollarını oynadılar”. Rəisi, həmçinin, kütləvi informasiya vasitələrini “cahilliyi təbliğ etməkdə” və “düşmən” adlandırdığı etirazçıların tərəfini tutmaqda ittiham edib. Bütün bunlar bir daha təsdiq edir ki, İran rejimi 3 aydan çoxdur ölkədə davam edən etiraz aksiyalarından hələ də lazımı nəticə çıxarmayıb. Elə bu da ölkədə etirazların yeni vüsət almasına səbəb olub. Hazırda İranın müxtəlif şəhərlərinin küçələrində antihökumət etirazları davam edir. Məlumata görə, İranın cənubundakı Hörmüzqan vilayətinin Dəşti şəhərində  adamlar 35 yaşlı Həmid Mollayinin 40 mərasimi günündə küçələrə çıxıb, “Biz uşaq qatili olan hökumət istəmirik!” şüarı səsləndiriblər. İki azyaşlı qız atası olan Mollayi noyabrın 17-də Dəştidə təhlükəsizlik qüvvələri tərəfindən güllələnib. O, gənc qadın Məhsa Əmininin polisdə ölməsindən başlanan etirazlarda həlak olan təxminən 500-dən çox insandan  biridir. İranın Mahabad şəhərində də etirazçılar bəzi kücələri tonqallarla bağlayıb antihökumət şüarları səsləndiriblər. Tehran yaxınlığında keçirilən aksiyadakı plakatlardan birində “Ata, sən onların məni öldürdüyündən xəbər tutdunmu?” yazılıb. Bu sual ötən ay İze şəhərində öldürülmüş 10 yaşlı Kiyan Pirfələkin dilindən qeyd edilib. Hakimiyyət orqanları Kiyanın ölümü barədə məlumatı onun atası Meysəm Pirfələkə 40 gündən sonra çatdırıb. Paytaxt Tehranda və Məşhəd şəhərində isə adamlar antihökumət şuarları səsləndirmək üçün evlərin damlarına çıxıblar. Belə vəziyyətdə İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri antihökumət etiraz aksiyalarında hicabsız iştirak edən qadınlara “onların öz təhlükəsizliyi və sağlamlığı” üçün xəbərdarlıq edib. Məhəmməd Cəfər Müntəziri deyib ki, şəriət və İslam Respublikasının qanunları qadınlar üçün hicabı icbari edir və “biz deyə bilmərik ki, bu şəxsi bir məsələdir”. Müntəziri habelə iddia edib ki, “ölkə düşmənlərinin təbliğatı” qadınların aksiyalara hicabsız qatılmasına və “belə bir aşkar cinayət” törətməsinə səbəb olub.  

Qeyd edək ki, İranda qadınların baş örtüyü – hicab 1979-cu il inqilabından sonra icbari elan edilib. Buna baxmayaraq, bir çox İran qadınları bu qanunları bu və ya digər şəkildə pozmağa can atıblar. İran qadınları arasında hicabı rədd edənlərin artdığını Londondakı “Small Media” qrupunun dekabrın 13-də açıqladığı rəy sorğusu da göstərib. Qrup bildirir ki, onun İranın 31 ostanında noyabrın 17-dən 21-dək internet üzərindən 5582 qadının iştirakı ilə keçirdiyi rəy sorğusunun nəticələrinə görə, son iki ayda hər 10 qadından 8-i küçəyə hicabsız çıxıb.  Etirazların səngimək bilməməsinə baxmayaraq, hakimiyyət də geri çəkilmək niyyətində olmadığını və etirazçıların daha sərt cəzalandırılacaqlarını bildirir. Amma bu, xalqı qorxutmur. Məsələn, İranın bütün şəhərlərində Qasım Süleymaninin bannerlərinin yığışdırılması kampaniyası başlayıb. Belə ki, Süleymaninin ildönümünə yaxın onun bütün banner və heykəlləri xalq tərəfindən yandırılır. Bu durumda “SpaceX” şirkətinin baş icraçı direktoru İlon Mask  İran rejimini qəzəbləndirən bir addım atıb. Məlumdur ki, rejim ölkədə interneti kəsməklə, sosial şəbəkələri məhdudlaşdırmaqla aksiyaların qarşısnı almağa çalışır. Elə bu fonda İlon Mask  İranda 100 peykin işə salındığını bildirib. Milyarder bundan əvvəl bildirirdi ki, ölkədə etirazlar getdiyi bir dönəmdə orada peyk internet xidmətini işə salacaq. Mask sentyabrda Birləşmiş Ştatların iranlıların “internet və sərbəst informasiya axını azadlığını irəli aparmağa” yönəlik səylərinin tərkib hissəsi olaraq İranda “Starlink”ləri işə salacağını bildirirdi. Peyk əsaslı genişzolaqlı bu xidmət etirazlar vaxtı iranlıların hökumət senzurasından yan keçərək internetə, müəyyən sosial media platformalarına çıxışına kömək edəcək. Bu fonda ABŞ İranı ölkədəki bütün etirazçıları qeyd-şərtsiz azad etməyə çağırıb. Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bu xüsusda bildirib: “Biz İranda azadlıqlarının dinc şəkildə həyata keçirilməsi üçün həbsdə olan bütün insanların qeyd-şərtsiz azad edilməsinə çağırırıq”. Prays ABŞ-ın təşəbbüsü ilə İranın BMT-nin Qadınların Statusu Komissiyasından çıxarılmasını xatırladıb. Onun sözlərinə görə, bu, cəsur İran qadınlarına dəstək məqsədilə edilib: "Onların hüquqları uğrunda mübarizə davam edir". Bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası İranın 2026-cı ilə qədər BMT-nin Qadınların Statusu Komissiyasından çıxarılmasına səs verib. 

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ