İranda 1979-cu il inqilabından bəri ən uzun sürən hökumət əleyhinə nümayişlər 100-cü gününə qədəm qoydu. Məhsa Əmininin ölümü ilə başlayan etirazlarda ölənlərin sayı artır.
İranın İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, etirazlar zamanı 69-u uşaq olmaqla azı 500 nəfər həlak olub. İki nümayişçi edam edilib, daha 26 nümayişçi edamını gözləyir. 2017, 2018 və 2019-cu illərdə keçirilən uzunmüddətli etiraz aksiyalarına baxmayaraq, son aksiyalar cəmiyyətin bütün təbəqələrindən olan insanların iştirak etməsi və qadınların öndə olması ilə seçilir.
Bu aksiyaları əvvəlkilərdən fərqləndirən digər bir xüsusiyyət nümayişçilərin molotof kokteylindən istifadə etməsidir.
Bəzi iranlı məşhurlar etirazları dəstəklədikləri üçün ya saxlanılıb, ya da sürgünə getməli olublar. Bunlardan biri də İranın məşhur aktyorlarından olan Təraneh Əlidoostidir. Əlidoosti Tehranın məşhur Evin həbsxanasında saxlanılır. Məşhur aktrisa başı açıq foto paylaşaraq gənc etirazçının edamını pislədiyi üçün saxlanıb.
Ölkəni tərk etməyə məcbur olan məşhur aktyorlardan biri Pegah Ahangarani BBC Fars xidmətinə açıqlamasında ölkədə hər iki tərəfin radikallaşdığını və İranın Məhsa Əmininin ölümündən əvvəlki dövrə qayıda bilməyəcəyini deyib. Bu ayın əvvəlində ABŞ-a köçən aktrisa Həmid Fərroxnezhad İranın ali lideri Ayətullah Əli Xamneyini Franko, Stalin və Mussolini kimi diktatorlara bənzədib.
Tahir TAĞIYEV