İranın ali rəhbəri Seyid Əli Xameneinin bacısı oğlu Mahmud Muradxani 3 il həbs cəzasına məhkum edilmiş hüquq müdafiəçisi, rejim əleyhdarı bacısı qızı Fəridə Muradxaninin aclıq aksiyasına başladığını açıqlayıb.
Muradxani şəxsi Twitter hesabından paylaşım edərək həbsdə olan bacısı ilə bağlı açıqlama verib.
Muradxani Tehran vilayətinin Veramin şəhərindəki Kerçek həbsxanasında məhbus olan bacısının son durumu ilə bağlı "Fəridə Muradxani saxlandığı yerə etiraz olaraq aclıq aksiyasına başlayıb, o Evin həbsxanasına köçürülməsini istəyir" deyib.
Paytaxt Tehrandakı Evin həbsxanası daha çox ölkədə siyasi məhbusların saxlandığı həbsxana kimi tanınır. Ölkədəki son etirazlarla adı hallanmağa başlayan Kerçek Həbsxanasında saxlanılan Fəridə Muradxani də Evin həbsxanasına köçürülməsini istəyir.
Fəridə Muradxani əvvəlki işlərinə görə 2021-ci ilin oktyabrında həbs edilib və bu ilin aprelində zaminə buraxılıb.
Sonuncu dəfə isə "əxlaq polisi" tərəfindən nəzarətə alınaraq öldürülən 22 yaşlı Məhsa Emini ilə bağlı keçirilən aksiyalara görə saxlanıb.
Tahir TAĞIYEV