Rusiya prezidenti Vladimir Putin Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi verməyə hazırlaşan ABŞ-a meydan oxuyub. O, Ukrayna ilə müharibə ilə bağlı açıqlamasında Qərbi nəzərdə tutaraq “parçala, hökm sür” strategiyası ilə Rusiya üzərində planlar qurduqlarını bildirib. Onun sözlərinə görə, Qərb Rusiyanı parçalamağı hədəfləyib.
Rusiya lideri Ukrayna ilə danışıqların pozulmasına görə Kiyevi ittiham edib: "Biz tərəflərə məqbul məsələlərdə danışıqlar aparmağa hazırıq. Danışıqlardan imtina edən biz deyildik. Bu, onların işidir. Amma təəssüf ki, qarşı tərəf fəqqli düşüncədə idi. Sərt hərbi hərəkətlərə keçdilər: Elə ya belə biz ayağa qalxmalı idik. Biz Donbass bölgəsində və Krımda xalqın seçimlərini müdafiə etməli idik. Hər şey bununla başladı".
Putin ABŞ-ın Ukraynaya göndərməyə qərar verdiyi “Patriot” hava hücumundan müdafiə sistemlərinin onlar üçün qanuni hədəf olacağını da bildirib.
"Biz 100 faiz vuracağıq. “Patriot”lar kifayət qədər köhnə sistemlərdir" - deyən Putin, hətta Rusiyanın S-300 hava hücumundan müdafiə sistemlərinin “Patriot”lardan daha yaxşı olduğunu iddia edib.
Tahir TAĞIYEV