27 Avroittifaq dövlətinin və ABŞ, Kanada, Avstraliya, Yaponiyanın Rusiyadan neft alışına "tavan qiymət" tətbiq etmək qərarı dekabrın 5-də qüvvəyə minəndən sonra Rusiyadan neft ixracı son iki həftədə 56 faiz azalıb.
Bu sutkada 1.86 milyon barrel neft deməkdir. Məntiqi olaraq Rusiyanın neft satışından gəlirləri də 54 faiz aşağı düşüb.
Hazırda Rusiyadan ən çox neft alan 4 ölkə - Çin, Hindistan, Türkiyə və Bolqarıstandır.
Xatırladaq ki, Rusiya neftinə tətbiq edilmiş "tavan alış" qiyməti 60 dollar müəyyən edilib.
Rusiya ağır maliyyə zərbəsini cəmi iki həftənin ərzində alıb.
Onu da deyək ki, Rusiyanın qazına da "tavan qiymət" tətbiq edilib və bu qərar gələn ilin 15 fevralından qüvvəyə minəcək.
ZÜMRÜD