Məlumdur ki, Ukrayna prezidenti çox məxfi plan əsasında ABŞ-a səfər edib. Baydenlə görüşüb və bir sıra başqa şəxslərlə müzakirə aparıb.
Dünya informasiya mənbələri Baydenin Ukraynaya 2 trilyon dollarlıq yeni hərbi yardım ayıracağını dediyini bildirir. Lakin maraqlıdır ki, Rusiyanın mediası bu yardımın məbləğini 2 milyard dollar kimi təqdim edib. Halbuki bu rəqəmlərin arasında min dəfə fərq var.
Bu kiçiltmənin texniki yanlışlıq olduğu az ehtimal edilir. Şüurlu saxtalaşdırma ehtimalına daha çox yer verilir. Belə ki, Rusiya rəhbərliyi 2 trilyon yardımın cəmiyyətə və silahlı qüvvələrə daha ağır təsir göstərə biləcəyindən bir növ sığorta olunmaq istəyib. 2 milyard və 2 trilyon hərbi yardımın ictimai rəyə təsiri təbii ki, eyni ola bilməz.
ZÜMRÜD