Bazar ertəsi günü, 09 noyabr 2026
     

ABŞ Ukraynada Rusiyaya qarşı açıq müharibəyə başlayır

Image


Ukraynada 10 aydır davam edən müharibənin miqyasının daha da genişlənə biləcəyinə dair verilən proqnozlar özünü doğruldur. Söhbət Qərb ölkələrinin, indiki halda ABŞ-ın savaşa qatıla biləcəyindən gedir.

Hazırda ABŞ Ukraynanı getdikcə daha təkmil döyüş sursatları ilə silahlandırır. Belə bir vaxtda bəlli olub ki, ABŞ Ukraynaya növbəti dəfə 1,8 milyard dollarlıq hərbi yardım verəcək. Məlumata görə, yardım paketinə ilk dəfə olaraq “Patriot” sistemləri və qırıcılar üçün yüksək dəqiqlikli bombalar daxil olacaq. “Patriot” raket sistemləri indiyədək mübahisəli ərazilərdə ABŞ və müttəfiqlərindən istənilən sistem olub. Avropada, Yaxın Şərq və Sakit Okean hövzəsində bu sistemlər İran, Somali və Şimali Koreya kimi ölkələrin potensial zərbələrindən qoruyur. Ukrayna prezidenti Volodimir Zelenski aylardır ölkəsinin havadan müdafiəsini gücləndirməyin vacibliyindən danışır. ABŞ rəsmiləri artıq “Patriot” göndərməyə razılıq verildiyini təsdiqləyib, tezliklə rəsmi açıqlama gözlənir. Qeyd edək ki, yer-hava tipli “Patriot”lar ilk dəfə 1980-ci illərdə istifadəyə verilib. Onlar təyyarələri, gəmi raketlərini, qısa mənzilli ballistik raketləri hədəfə ala bilər. ABŞ ordusunun hazırda 16 “Patriot” batalyonu var, hər bir batalyonda 50 batareyanın olduğu bildirilir. Bu sistemlər dünyanın müxtəlif ölkələrinə yerləşdirilib. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Raketdən Müdafiə Layihəsinin direktoru Tom Karako deyir ki, “Patriot” Ukraynanın İran istehsalı ballistik raketlərdən müdafiəsinə kömək edə bilər. Amma burada qeyd etmk lazımdır ki, “Patriot"un atış qurğusunun qiyməti 10 milyon, bir tutucu raketin qiyməti isə 4 milyon dollara yaxındır. Belə bir qiymətə isə “Patriot”dan daha kiçik və ucuz İran dronlarını vurmaq üçün istifadə səmərəli deyil. Rusiya da Ukraynanı İrandan aldığı bu dronlarla vurur. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Raketdən Müdafiə Layihəsinin aparıcı müşaviri Mark Kankian  hesab edir ki, milyon dollarlıq raketlə 50 min dollarlıq dronu vurmaq səmərəli deyil. Digər tərəfdən, bir “Patriot” batareyasını işlətməyə və saxlamağa 90-dək hərbçi lazımdır. ABŞ aylardır bu kompleks sistemi Ukraynaya verməyə könülsüz yanaşıb, çünki buna görə qüvvə də göndərməlidir. İndi “Patriot”ların verilməsi o anlama gəlir ki, ABŞ “Patriot”lara görə Ukraynaya hərbçilər göndərməli olacaq. “Patriot”ların Rusiyanı təhrik edəcəyi, yaxud ondan atılan raketin Rusiyaya düşərək münaqişəni qızışdıracağı ehtimalı da var. Elə ötən həftə Rusiya xəbərdarlıq elədi ki, ABŞ-ın planı daha bir provokativ addımdır və Moskvanın reaksiyasına səbəb ola bilər. İstənilən halda, “Patriot” sistemi yaxınmənzilli ballistik raketlərə qarşı effektli olacaq, ABŞ-ın dəstəyinə dair güclü mesaj verəcək. Ancaq bir “Patriot” batareyası uzaq məsafəni vura bilsə də, yalnız məhdud ərazini əhatələyə bilir. Yəni kiçik bir hərbi bazanı effektli qoruyar, amma Kiyev kimi böyük şəhəri tam qoruya bilməz, yalnız onun bir hissəsində effektli ola bilər. “Patriot”lar adətən batalyon şəklində, yəni dörd batareya ilə yerləşdirilir. Ukraynaya isə bir batareya veriləcəyi deyilir. Ancaq perspektivdə onların sayının artması gözlənilir.

“Patriot”larla yanaşı, perspektivdə Ukraynaya müasir döyüş təyyarələrinin verilməsi də gözlənilir. Ukraynalı hərbi ekspert Petr Çernik isə vurğulayır ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin gedişatını aviasiya pozacaq: “Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli raketlərə ehtiyacı var və təbii ki, aviasiya bu müharibənin gedişatını həqiqətən pozacaq. Mən təkcə ümid etmirəm, 100% əminəm ki, ABŞ Konqresinin pilotlarımızın hazırlanması üçün ayırdığı bu 100 milyon dollar mütləq reallaşacaq. Yeganə sual budur ki, hansı model təyyarələrlə? - Mən F-16, F-15 və F-35-in tərəfdarıyam”. Çernik əlavə edib ki, bunun nə vaxt baş verəcəyini söyləmək çətindir: “Çünki müttəfiqlər, ilk növbədə ABŞ bu müharibəyə öz prizmasından baxır. Amma müsbət xəbərlər var ki, ABŞ büdcəsindən 44 milyard dollar ayrılıb. Nəzərinizə çatdırım ki, lend-lizinq elan olunub, bu, ehtiyat resursdur". ABŞ-ın sabiq prezidenti Donald Tramp administrasiyasında müdafiə nazirinin müşaviri olmuş polkovnik Duqlas Makqreqor da bu vəziyyətdə olduqca önəmli açıqlamalar verib. O qeyd edib ki, ABŞ-ın hazırkı administrasiyası Ukraynanın qərbində sülh, demokratiya və azadlıqların müdafiəsi adı altında silahlı qüvvələrini yerləşdirə bilər: “Qorxuram ki, Co Bayden televiziyada amerikalılara müraciət edərək, Qərbi Ukraynada təhlükəsiz zona yaratmaq üçün oraya silahlı qüvvələri göndərdiyini elan etsin. Söhbət sülh, demokratiya və azadlıqdan gedəcək, baxmayaraq ki, bunun Ukraynada baş verənlərlə heç bir əlaqəsi yoxdur”. Makqreqor bildirib ki, ABŞ hakimiyyəti 1965-ci ildə Vyetnamdakı hərbi münaqişəyə tammiqyaslı müdaxilənin başlanğıcında oxşar ritorikadan istifadə edib: “Lakin indi söhbət Vyetnamdan yox, böyük güc olan Rusiyadan gedir”. ABŞ-ın “Newsweek” dərgisi qeyd edir ki, Polşadakı raket insidentindən sonra NATO və Rusiya arasında genişmiqyaslı müharibənin başlaması ilə bağlı qorxular artıb. NATO-nun baş katibi Yens Stoltenberq isə öz növbəsində Qərblə Rusiya arasında birbaşa toqquşma ehtimalını istisna etməyib və belə bir ssenarinin real olduğuna şübhə olmadığını deyib: “Ukraynadakı münaqişənin nəzarətdən çıxacağından və NATO ilə Rusiya arasında böyük müharibəyə çevriləcəyindən qorxuram”. Bundan əvvəl “Boulevard Voltaire” fransız nəşrinin jurnalistləri NATO qüvvələrinin Ukraynadakı münaqişəyə müdaxiləsini üzə çıxaran material dərc ediblər.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ