Avropa Parlamentində (AP) korrupsiya araşdırması davam edərkən, Qətər onun AP ilə əlaqələrinin dayandırılmasını pisləyib və bunun münasibətlərə və qaz təchizatına “mənfi” təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.
Qətər diplomatı, ölkəsinin Avropa Parlamentinin qərarlarına təsir etmək üçün strateji mövqedə olan insanlara rüşvət verməsi iddiaları ilə başlanan istintaqın Avropa İttifaqı (Aİ) ilə münasibətlərə xələl gətirə biləcəyini bildirib.
“Qətər məsələsində hüquqi proses başa çatmadan dialoq və əməkdaşlığı məhdudlaşdıran bu cür ayrı-seçkilik xarakterli məhdudiyyət qərarı regional və qlobal təhlükəsizlik əməkdaşlığına, eləcə də qlobal enerji məsələsi və təhlükəsizliyinə dair davam edən müzakirələrə mənfi təsir göstərəcək”, - bəyanatda deyilir.
Qeyd edək ki, başda Belçika və Almaniya olmaqla bir çox AB ölkəsi ilə mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü üçün müqavilə bağlayan Qətər Rusiyadan asılılığa son qoymağa çalışan Avropanın enerji böhranında mühüm rol oynayır. Həmçinin, Avropanın Əfqanıstanla əlaqələrində vasitəçi olan Qətər Taliban hakimiyyətə gələndən sonra minlərlə Avropa vətəndaşını bu ölkədən çıxarmışdı.
Tahir TAĞIYEV