İranda əxlaq polisi tərəfindən hicab qaydalarına əməl etmədiyi üçün saxlanılan 22 yaşlı Məhsa Əmininin öldürülməsi böyük hiddət doğurub.
Molla rejiminə qarşı etiraz aksiyaları təkcə İranda deyil, bir çox ölkədə də keçirilir. İranın İstanbuldakı Baş Konsulluğu qarşısında keçirilən aksiyada iranlı hüquq müdafiəçisi Nasibe Shamsaei (Nesibe Şəmsai) qalın saçlarını böyük dərzi qayçı ilə kəsdir.
“Dövlətin Məhsa Əmini və bizə zülm etdiyi bədənimizin o hissəsini öz əlimizlə məhv edəcəyik. Dövlət nəzarətinin əlini saçımızdan kəsib bədənimizi azad edəcəyik” - Şəmsai deyib.
Tahir TAĞIYEV