NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Rusiya Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır. Stoltenberqin sözlərinə görə, Kiyevin NATO-dakı tərəfdarları Rusiya prezidenti Putin “döyüş meydanında qalib gələ bilməyəcəyini” anlayana qədər Ukraynaya silah göndərməlidirlər.
NATO-nun baş katibi xəbərdarlıq edib ki, Putinin Ukraynanı ələ keçirmək məqsədindən əl çəkdiyinə dair heç bir əlamət yoxdur.
"Rusiyaya elə belə yanaşmamalıyıq. Rusiya uzunmüddətli müharibə planlaşdırır", - deeyən Stoltenberq bildirib ki, rusların daha çox qüvvə cəlb etdiklərini, daha çox itki verməyə hazır olduqlarını və daha çox silah və sursat əldə etməyə çalışdıqlarını görürük: “Prezident Putinin bu müharibədə uzun müddət qalmağa və yeni hücumlar etməyə hazır olduğunu başa düşməliyik”.
"Çox güman ki, bu müharibə, əksər müharibələr kimi, danışıqlar masası arxasında başa çatacaq", - deyən Stoltenberq, israrla bildirib ki, istənilən həll yolu Ukraynanın suveren və müstəqil dövlət kimi mövcudluğunu davam etdirməsini təmin etməlidir.
“Buna nail olmağın ən qısa yolu onlara hərbi dəstək verməkdir ki, prezident Putin döyüş meydanında qalib gələ bilməyəcəyini başa düşsün, danışıqlar masasında otursun”, - Stoltenberq bildirib.
Tahir TAĞIYEV