Rusiyanın Ukrayna ilə sərhədində yerləşən Belqorod şəhərinə raket düşüb. Raketin binaya düşməsi nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.
Binanın içərisində və ətrafında olan avtomobillərə böyük ziyan dəyib. Ərazidəki insanlar dərhal təxliyə edilib.
“Hava hücumundan müdafiə sistemlərimiz Belqorod bölgəsində aktiv şəkildə işləyir. Təcili yardım həkimləri yaralıları xəstəxanaya çatdırır. Ətraflı məlumat daha sonra veriləcək. Təəssüf ki, 1 nəfər dünyasını dəyişib. Bundan başqa, quşçuluq təsərrüfatına da ziyan dəyib”, - deyə Belqorod qubernatoru Vyaçeslav Qladkov bildirib.
Hadisədən sonra Rusiyanın Belqorod, Bryansk və Kursk vilayətlərində və Krımda sarı həyəcan vəziyyətinin elan edildiyi bildirilib.
Tahir TAĞIYEV