Fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin verdiyi hərbi əmrlə başlayan Ukraynaya işğal cəhdində Rusiya ordusu heç bir ciddi uğur qazana bilməyib.
Cəbhədə istənilən nəticəni əldə edə bilməyən Putin yenidən nüvə kozırını ortaya qoyub.
Son zamanlar nüvə ilə bağlı açıqlamaları ilə diqqət çəkən Rusiya lideri bu dəfə ABŞ və İngiltərəni vura biləcək mənzilə sahib “Yars” raketlərini aktivləşdirməyi əmr edib.
Nüvə müharibəsinə hazırlaşdığı görünən Rusiya “Yars” raketi ilə Qərbə göz dağı verir.
Bununla bağlı yayılan görüntülərdə Moskvanın cənub-qərbindəki Kaluqa bölgəsindəki Kozelsk hərbi birləşməsinə “Yars” raketi yerləşdirildiyi görülür.
Rusiyanın "Komsomolskaya Pravda" qəzeti Yarsın "Xirosimanı məhv edən bombadan 12 dəfə böyük" tutumu olduğunu yazıb.
Bütün bunlara baxmayaraq Putin və bəzi Rusiya rəsmiləri Rusiyanın varlığını təhdid edəcək bir hücum istisna olmaqla, nüvə silahından istifadə etməyəcəklərini deyirlər.
Tahir TAĞIYEV