ABŞ Konqresinə Ukrayna müharibəsinə görə, Rusiyanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından (BMT TŞ) çıxarılması ilə bağlı qətnamə layihəsi təqdim edilib.
Qətnamə layihəsi Tennessi ştatının nümayəndəsi Stiv Koen və Cənubi Karolina ştatının nümayəndəsi Co Uilson tərəfindən hazırlanıb.
Nümayəndələr Palatasının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komitəsinin üzvləri, demokrat Koen və respublikaçı Uilson birgə bəyanatda bildiriblər ki, “Rusiyanın, Ukraynadakı işğalı və əsassız müharibəsi fonunda BMT Təhlükəsizlik Şurasında iştirakı BMT-nin məqsəd və prinsiplərini pozur".
Rusiyanın BMT TŞ-dən çıxarılması ilə bağlı ABŞ Nümayəndələr Palatasına təqdim edilən qətnamə layihəsində Rusiyanın “ardıcıl və qəsdən” BMT prinsiplərini pozduğu bildirilib.
Qanun layihəsində ABŞ prezidenti Co Bayden də Rusiyanı TŞ-dən çıxarmaq üçün bütün lazımi addımları atmağa çağırılıb.
Tahir TAĞIYEV