Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud İranın nüvə proqramına diqqqqət çəkərək deyib ki, İran işlək vəziyyətdə bir nüvə silahına sahib olarsa, hər şey bitər.
Əl Səud bəyan edib ki, İran nüvə silahına malik olarsa, regionda gərginlik artacaq və Körfəz ölkələri öz təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçə bilərlər.
"İran işlək vəziyyətdə bir nüvə silahına sahib olarsa, hər şey bitər. Biz çox təhlükəli ərazidəyik. Region dövlətləri öz təhlükəsizliklərini necə təmin edə biləcəklərini müzakirə edə bilərlər" - Əl Səud deyib.
Tahir TAĞIYEV