İranda Məhsa Əmininin ölümü ilə başlayan etirazlar davam edir. İranda mədrəsə və Beşiç qərargahı yandırılıb.
İranda davam edən etirazlar zamanı İnqilab Keşikçiləri Ordusunun Əsas milislərinin ölkə boyu bir çox qərargahı və mədrəsənin qapısı yandırılıb. İranda həbsdə olan Məhsa Əmininin ölümündən sonra ölkə daxilində başlayan etirazlarda zorakılıqlar artır.
Bir neçə gün əvvəl 23 yaşlı Muhsin Şikarinin İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı Besiç milis üzvünü bıçaqlamağa görə edam edilməsindən sonra Besiçin ölkənin bir çox yerində, xüsusən də Tehran, Məşhəd, Buşehr, Şiraz və Əhvaz şəhərlərindəki qərargahları yandırılıb. Sosial mediada paylaşılan görüntülərdə nümayişçilərin molotof kokteyli, benzin və yanar maddələrlə qərargahları yandırdığı görülür. Şirazdakı Rəzəviyyə mədrəsəsi də yandırılıb.
İran mediası ötən gecə Tehranın aparıcı Şərif Universitetində yerləşən Besiç ofisinin də naməlum şəxslər tərəfindən yandırıldığını və ofisdəki bütün əşyaların yararsız hala düşdüyünü bildirib.
Tahir TAĞIYEV