07/02/2023 02:21
728 x 90

Putinin keçmiş komanda üzvündən qalmaqallı iddia - Qaçış planı hazır, kod adı “Nuhun gəmisi”…

img

2008-2010-cu illərdə Rusiya prezidenti Vladimir Putinin əsas kadrlarında olan, sonra isə siyasi ekspert kimi karyerasını davam etdirən Abbas Qallyamov yaşadığı İsraildən qalmaqallı iddia ilə çıxış edib.

Qallyamov Rusiyanın müharibədə uduzacağı təqdirdə Putinin qaçış planının hazır olduğunu iddia edib. Bir müddət Putinlə işləmiş siyasi ekspert Putinin yüksək rütbəli komanda üzvlərinin “Nuhun gəmisi” kod adlı qaçış planının olduğunu və planın son nöqtələrinin də tamamlandığını irəli sürüb.

Rusiya Ukraynaya uduzsa, iddialara görə,  Putin Argentina, Venesuelaya və ya Çinə qaçacaq. “Bu məlumat etibarlı mənbədən daxil olub. Normalda Kremlin içindən gələn məlumatları paylaşmazdım, amma bu gün istisna edəcəm” - Qalmayov deyib.

“Nuhun gəmisi” adlanan planı açıqlayan Qallyamov, “Layihənin adından da göründüyü kimi, ölkədə yaşamaq mümkün deyilsə, yeni yaşayış məntəqəsi tapmağı hədəfləyir. Putinin komandası müharibənin uduzulması, hakimiyyətin itirilməsi kimi vəziyyətləri gözardı etmir və bu vəziyyət üçün planlar qururlar.

Rusiyanın nüvə tədqiqat mərkəzini idarə edən Mixail Kovalçukun Çinə qaçmaq təklifini gündəmə gətirdiyini, lakin bunun birmənalı qarşılanmadığını bildirən Qallyamov Argentina və Venesuelanın etibarlı torpaqlar ola biləcəyi üzərində dayanıldığını bildirib.

Rusiyalı oliqarx İqor Seçinin Venesuela lideri Maduro ilə yaxın münasibət qurduğu və bu yolla Venesuelaya qaçmaq ehtimalı olacağı təqdirdə bu prosesi Seçinin idarə edəcəyi bildirilir.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər