07/02/2023 02:06
728 x 90

İran rejiminin etirazçıları edam etdirməsi dünyanı ayağa qaldırdı

img

“BMT İranda edamları dərhal dayandırmağa çağırır”. “Report”un yerli bürosu xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölüm cəzası yaşamaq hüququna ziddir: “Biz ölüm hökmünün tətbiqinə qəti şəkildə qarşıyıq. BMT-nin İnsan Hüquqları üzrə Komitəsindəki həmkarlarımıza qoşularaq, bu edamları dərhal dayandırmağa çağırırıq”.

 

İtaliya hakimiyyəti isə İranda aksiyada iştirak edən şəxsin edam edilməsi ilə bağlı xəbərlərdən hiddətləndiyini bildirib. Bu barədə İtaliyanın Baş naziri Corca Meloninin bəyanatında deyilir.

“İtaliya hökuməti İranda azadlıq nümayişlərinə qoşulan gənc Möhsün Şekari barəsində çıxarılan ölüm hökmündən qəzəblənib. İran hakimiyyətinin bu qəbuledilməz repressiyası iranlı qadın və gənclərin həyat və azadlıq tələblərini dayandıra bilmədiyi kimi beynəlxalq ictimaiyyəti də biganə qoya bilməz”, - bəyanatda vurğulanıb.

Qeyd edək ki, İranda keçirilən etiraz aksiyalarında iştirak edən Möhsün Şekari barəsində məhkəmənin çıxardığı edam hökmü dekabrın 8-də səhər saatlarında icra olunub.

 

Peşə etikası

Son xəbərlər