ABŞ-dan Ukraynaya xəbərdarlıq - Silahları Rusiya ərazisini vurmaq üçün verməmişik...

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Ukrayna tərəfindən Rusiya ərazisinə pilotsuz təyyarələrin hücumu ilə bağlı açıqlama verib.
Ukraynanın öz sərhədlərindən kənara hücum etməsini dəstəkləmədiklərini deyən Prays bildirib ki, Ukraynanı onun hüdudlarından kənara hücuma təşviq etmirik: “Bizim etdiyimiz hər şey Ukraynanın müstəqilliyini dəstəkləmək üçündür”.
Ukraynanı suveren ərazisində Rusiyanı məğlub etmək üçün lazım olan hər şeylə təmin etdiklərini bildirən Prays ABŞ-ın Ukraynanın Rusiya ərazisini vurmasının qarşısını almaq üçün Ukraynaya göndərilən HIMARS sistemlərində dəyişikliklər edilməsi ilə bağlı ABŞ mətbuatında yer alan xəbərlərə isə münasibət bildirməyib.
Tahir TAĞIYEV