Rusiya Qərbin rus neftinə tavan qiymət razılaşmasına qarşı qərarını açıqladı – Yalnız o ölkələrə satacağıq…

Rusiya Baş nazirinin müavini Aleksandr Novak, rus neftinə tavan qiymətləri tətbiq edən ölkələrə neft və neft məhsulları satmayacaqlarını bəyan edib.
Novak Rusiyanın “Rossiya-24” dövlət kanalına verdiyi açıqlamada, Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiyadan dəniz yolu ilə daşınan neftə 60 dollarlıq tavan qiymət tətbiq etmək razılaşmasını dəyərləndirib.
Rusiyanın bazar şərtlərinə uyğun olaraq neft satmağa davam edəcəyini vurğulayan Novak bildirib ki, neft hasilatımızı azaltmalı olsaq belə, yalnız bazar şəraitində bizimlə işləyən ölkələrə neft və neft məhsulları satacağıq.
Tavan qiymət tətbiqinin bazar qaydalarını pozduğunu deyən Novak, Rusiya hökumətinin bu qərarın bazara zidd, səmərəsiz və Dünya Ticarət Təşkilatının (ÜTT) bütün qaydalarına uyğunsuz olduğunu dəfələrlə vurğuladğını bildirib.
Tava qiymət razılaşmasına qarşı əks addımlar atmağa hazırlaşdıqlarına diqqət çəkən Novak, "Tavan qiymət alətlərinin istifadəsini qadağan edəcək mexanizmlər üzərində işləyirik. Tavan qiymət tətbiqi qeyri-sabitliyə, enerji resurslarının qıtlığına və investisiyaların azalmasına səbəb ola biləcəyini düşünürük” deyib.
Qeyd edək ki, Aİ ölkələri dekabrın 2-də Rusiyadan dəniz yolu ilə nəql edilən neftin bir barelinin tavan qiymətinin 60 dollar olması barədə razılığa gəliblər.
G7 və Aİ ölkələri eyni zamanda dekabrın 5-dən Rusiyadan dəniz yolu ilə daşınan neftin idxalına qadağa qoyacaq.
Tahir TAĞIYEV