06/02/2023 12:52
728 x 90

Aİ-nin rus neftinə tavan qiymət qərarına Rusiyadan reaksiya - Avropa üçün dəhşətli nəticələri olacaq

img

Avropa İttifaqı (Aİ), G7 və Avstraliyanın Rusiyadan dəniz yolu ilə daşınan neftin barrelinə 60 dollar tavan qiymət tətbiq etmək qərarına Rusiyadan sərt reaksiya gəlib.

Rusiya Federasiya Şurasının İqtisadi Siyasət Komitəsinin sədr müavini İvan Abramov bildirib ki, sözügedən qərarın icrası ilə bütün dünyada neftin qiyməti daha da artacaq.

"Belə bir qərarın nəticələri aydındır. Bu, inkişaf etmiş tədarük zəncirinin pisləşməsinə və bütün dünyada yanacağın qiymətlərinin artmasına güclü təsir edəcək. G7-nin Rusiya neftinə tavan qiymət tətbiq etməsi Avropa insanları və Avropa iqtisadiyyatı üçün çox ciddi nəticələrə səbəb olacaq" – deyə senator bildirib..

Avropalıların bu qərarla birlikdə soyuq qış keçəcəyini vurğulayan Abramov, Rusiyanın G7-nin təyin etdiyi tavan qiymətinə neft satmayacağını və neft ticarəti etdikləri ölkələrlə ticarətlərini davam etdirəcəklərini bildirib.

"Təbii ki, biz neftimizi müəyyən olunmuş qiymətlərlə satmayacağıq. Neftimiz bizimlə qarşılıqlı faydalı şəkildə əməkdaşlıq etmək istəyən ölkələrə satılacaq", - Abramov bildirib.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər