06/02/2023 13:38
728 x 90

NATO Ukraynaya “MiQ-29” və ya “F-16” qırıcıları göndərməyə hazırlaşır...

img

"NATO ölkələri Ukraynaya “MiQ-29” və ya “F-16” qırıcıları verməyi nəzərdən keçirir". “Report” "Blomberq"ə istinadən xəbər verir ki, bunu NATO-dakı ABŞ Müttəfiq Qüvvələrinin keçmiş ali baş komandanı, istefada olan admiral Ceyms Stavridis deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının əvvəlində NATO ölkələrinin Ukraynanı “MiQ-29” və ya “F-16” qırıcıları ilə təmin etməsi ideyasından imtina edilib: “Lakin indi hava məkanında Ukraynanın üstünlüyünün təmin edilməsi üçün yenidən bu ideya nəzərdən keçirilir”.

NATO-nun Baş katibi Yens Stoltenberq isə bildirib ki, Alyans Ukraynaya əlavə yardım ayırmaq niyyətindədir.

O bildirib ki, Rusiyanın endirdiyi raket zərbələri nəticəsində Ukraynaya ciddi ziyan dəyib.

Peşə etikası

Son xəbərlər