06/02/2023 14:15
728 x 90

İran rejimi aksiyalarda 300-dən çox etirazçının öldürüldüyünü etiraf etdi...

img

İranda baş verən etiraz aksiyalarında həlak olanların sayı 300 nəfərdən çoxdur.

Trend-in Mehr informasiya agentliyinə istinadən məlumatına görə, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) aeronavtika qüvvələri komandanı general Əmir Əli Hacızadə deyib.

Ə.Hacızadə əlavə edib ki, etiraz aksiyaları nəticəsində ölkədə bir çox problemlər yaranıb.

Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq bir neçə gün sonra İranın bir neçə şəhərində aksiyalar keçirilməyə başlayıb. M.Əmini şəriət normalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə ittiham edilib.

Məhz bu hadisədən sonra İranda etiraz dalğası baş qaldırıb və etirazlar artıq müxtəlif sahələri, iqtisadiyyatı, sosial bərabərsizliyi, etnik bərabərsizliyi və sairəni əhatə edir.

Peşə etikası

Son xəbərlər