CNN: “İranda etiraz aksiyaları zamanı saxlanılan qızlar zorakılığa məruz qalırlar”

img

Amerikanın CNN telekanalı İran təhlükəsizlik qüvvələrinin etirazları yatırmaq üçün zorlama hərəkətlərindən necə istifadə etdiyi barədə xüsusi reportaj hazırlayıb.

“Report” xəbər verir ki, telekanal saxlanıldıqdan sonra İranın Urmiya şəhərində polis bölməsinə aparılan və burada keçirdiyi cəmi 1 gün ərzində zorakılığın şahidi və qurbanı olan Xana adlı kürdəsilli qızla (CNN-in məlumatına görə, qızın adı təhlükəsizlik məqsədilə dəyişdirilib) söhbətləşib.

“Cinsi zorakılığa məruz qalan və sonra başqa şəhərlərə köçürülən qızlar var idi”, - o deyib və əlavə edib ki, polis əməkdaşlarının qadınlara hədə-qorxu gəlməsi səbəbindən insanların çoxu İran həbsxanalarında və təcridxanalarında baş verənlər barədə məlumatlı deyil.

İran daxilində KİV-ə çıxışı ciddi şəkildə məhdudlaşdırıldığından CNN ölkədən qaçan şahidlərdən müsahibə almaq üçün İraqın İran ilə sərhədinə yaxın bir regionunda insanlarla görüşüb. Nəticədə bir neçə etirazçılara qarşı zorakılıq edilməsi barədə xəbərləri təsdiqləyib. Məlumata görə, zorakılıq hərəkətləri lentə alınır və etirazçıları susdurmaq üçün şantaj aləti kimi istifadə olunur.

Xana həbs olunmazdan əvvəl İran həbsxanalarında qadınlarla “çox pis rəftar edildiyi” barədə xəbərdar edildiyini, lakin bundan çəkinməyərək etirazlara qoşulduğunu bildirib.

Qızın sözlərinə görə, həbsxanada olarkən kamera yoldaşları polis bölməsində təcavüzə məruz qaldıqlarını söyləyiblər.

Xana bəxtinin gətirdiyini, saxlanılan bəzi qızların itkin düşdüklərini bildirib. Məsələn, itkin düşmüş qızlardan olan 20 yaşlı Armita Abbasın mülki geyimli polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib. Onun düz bağırsağından ağır xəsarət aldığı və saçlarının qırxıldığı bildirilir.

Peşə etikası

Son xəbərlər