İranda təhlükəsizlik qüvvələri dinc etirazçılara atəş açdı...

img

İranın qərbində yerləşən Kirmanşah vilayətinin Cavanrud rayonunda hökumət əleyhinə keçirilən etiraz aksiyalarında təhlükəsizlik məmurları tərəfindən atəş açıldığı bildirilir.

Trend-in məlumatına görə, təhlükəsizlik məmurlarının atəş açması nəticəsində ölən və yaralıların olduğu deyilir.

Hazırda İranın bir çox şəhərində müxtəlif məkanlarda, o cümlədən universitetlərdə hökumət əleyhinə etiraz aksiyaları keçirilir. Etiraz aksiyalarında azadlıq və bərabərlik şüarları verilir.

Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq bir neçə gün sonra İranın bir neçə şəhərində aksiyalar keçirilməyə başlayıb. M.Əmini şəriət normalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə ittiham edilib.

Məhz bu hadisədən sonra İranda etiraz dalğası baş qaldırıb və etirazlar artıq müxtəlif sahələri, iqtisadiyyatı, sosial bərabərsizliyi, etnik bərabərsizliyi və sairəni əhatə edir.

Peşə etikası

Son xəbərlər