
Rusiya ilə Ukrayna arasında fevralın 24-də başlayan müharibə davam edir. Ukraynanın şərq və cənub bölgələrindən çəkilən Rusiya indiyə qədər tam olaraq istədiyinə nail ola bilməyib. Bunun üçün də nüvə təhlükəsini artıran Rusiyanın Belarusdan gizli şəkildə 100 ədəd hava hücumundan müdafiə raketi gətirdiyi iddia edilir. Bu isə, Rusiyanın çirkli bombadan istifadə edə biləcəyi şübhələrini artırıb.
İddialara görə, çoxlu sayda S-300 və S-400 hava hücumundan müdafiə raketləri Rusiyaya aparılıb. Bu addım Rusiyanın son hücumuna qarşı Ukraynanın gözlənilən cavab hücumunu önləmək, ya da Rusiya tərəfindən planlaşdırılan yeni hücum hazırlığı kimi şərh edilir.
Mövzu ilə bağlı “Mirror”a danışan rusiyalı ekspert deyib: “Rusiya Ukraynaya qarşı ağlından nə keçirirsə keçirsin, Kreml deyəsən öz ərazisində Ukraynadan və ya Qərbdən qisas gözləyir. Analitiklər hesab edirlər ki, bu həftəki ağır bombardmanlar və ondan əvvəl bu cür sürətli raket hərəkətliliyinin bir-birinə bağlılığı var”.
Noyabrın 9-dan 13-dək Belarusdan Rusiyanın qərb və cənubundakı hərbi aerodromlara 20-yə yaxın hərbi nəqliyyat reysi qeydə alınıb. Daşınan hava hücumundan müdafiə sistemləri Rusiyanın qərb sərhədindən Moskvaya qədər hava hücumundan müdafiə qalxanı yaratmaq üçün yerləşdirilib.
Rusiyadakı müdafiə obyektləri Ukraynada Luqansk və Donestski əhatə edən Rostov aerodromlarından raketlərlə dəstəklənir. Sesça aerodromunda da əhatə dairəsi gücləndirilib və Moskva yaxınlığındakı Çkalovskiyə də raketlər yerləşdirilib.
Bütün bunlar isə o deməkdir ki, Moskva administrasiyası paytaxtın daha çox müdafiəyə ehtiyacı olduğunu düşünür.
Qeyd edək ki, Rusiya ordusu sonuncu dəfə kritik şəhər Xersondan geri çəkilib.
Tahir TAĞIYEV