Qazaxıstanda hazırkı prezident Kasım-Jomart Tokayev Tokayevin də aralarında olduğu 6 namizədin mübarizə apardığı növbədənkənar prezident seçkiləri başa çatıb.
Maraqlıdır ki, ölkə tarixində ilk dəfə prezident seçkilərində bülletenə “hamıya qarşı” variantı salınıb və namizədlər arasında 2 qadın da olub.
Açıqlanan müxtəlif ekzitpolların nəticələrinə görə, prezident Kasım-Jomart Tokayev 82,45 faizlə qalib gəlib.
Səsvermədən sonra Tokayev Qazaxıstanın siyasi quruluşun yeni formasına keçdiyini bəyan edib: “Biz konstitusiya islahatını aydın və ardıcıl həyata keçirəcəyik. Biz ölkənin siyasi quruluşunun yeni formasına keçirik”.
Tokayev ölkə iqtisadiyyatında köklü dəyişikliklərin olacağını da deyib.
Tahir TAĞIYEV