Türkiyə Milli Müdafiə Nazirliyi “Pəncə-Qılınc” hava əməliyyatı nəticəsində İraq və Suriyanın şimalında terrorçularun 89 hədəfinin məhv edildiyini, çox sayda terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
Nazirlikdən verilən yazılı açıqlamada, terrorun mənbəyində məhv edilməsi strategiyası çərçivəsində İraq və Suriyanın şimalında xalqa və təhlükəsizlik qüvvələrinə qarşı terror hücumlarının aradan qaldırılması və sərhəd təhlükəsizliyini təmin etmək məqsədi ilə “Pəncə-Qılınc” Hava Hərəkatına başlanıldığı bildirilib.
Qeyd olunub ki, birinci mərhələdə bu gün səhər saatlarında terrorçulara məxsus sığınacaqlar, bunkerlər, tunellər, silah-sursat anbarları və təlim düşərgələri də daxil olmaqla ümumilikdə 89 hədəf ilk mərhələdə məhv edilib, çox sayda terrorçu zərərsizləşdirilib.
Bildirilir ki, hava əməliyyatı ilə zərərsizləşdirilən terrorçular arasında terror təşkilatının qondarma liderləri də var: “Əsasən yerli və milli sursatlardan istifadə edilən əməliyyatdan sonra bütün təyyarələrimiz sağ-salamat öz bazalarına qayıdıb”.
Tahir TAĞIYEV