Putin Yaponiyaya atılan atom bombalarından 2 min dəfə güclü ölümcül silahını işə saldı - Qərbin ən böyük qorxusu…

img

Rusiya bu yaxınlarda “Satan II” kimi tanınan “RS-28 Sarmat” raketini uğurla sınaqdan keçirib. Bu barədə açıqlama verən Rusiya Strateji Raket Qüvvələrinin (RVSN) komandanı polkovnik Sergey ancaq geniş məlumat verməyib.

Karakaev açıqlamasında Rusiya qüvvələrinin “Avanqard” hipersəs raketlərinin ikinci hissəsini almağa hazır olduğunu da bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin son həftələrdə ilin sonunadək “Satan II” raketinin ikinci sınağını keçirməyi əmr etmişdi.

17 min kilometrdən çox mənzilli raket Ukraynada müharibə başlayandan bəri ABŞ və Qərbin ən böyük qorxularından biridir.

“Satan II”nin Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılan atom bombalarından 2000 dəfə güclü olduğu bildirilir.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər