Bazar ertəsi günü, 09 noyabr 2026
     

Molla rejimi öz əhalisinə və İsrailə qarşı terrora başladı

Image


Ölkə daxilində başlanan etiraz aksiyalarını yatırmaqda aciz qalan İrandakı mövcud rejim indi çıxış yolu kimi özünə xaricdə müharibə aparmaq üçün ölkə axtarır. İran hakimiyyəti hesab edir ki, bununla daxili etirazların yatrılmasına nail olacaq. Məhz belə bir vaxtda Oman sahillərində neft tankeri partlayıcı ilə təchiz olunan pilotsuz uçan aparatın hücumuna məruz qalıb.

Məlumata görə, hücum noyabrın 15-də axşam saatlarında baş verib. Liberiya bayrağı altında üzən “Pacific Zircon” gəmisinə dronla hücum edilib. Tankerin Sinqapurda yerləşən və israilli milyarder İdan Oferə məxsus “Eastern Pacific Shipping” kompaniyası tərəfindən idarə olunduğu bildirilir. Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin ticarət koordinasiya mərkəzi hadisədən xəbərdar olduqlarını və insidentin araşdırıldığını bildirib. Hücumun məsuliyyətini hələlik heç kim üzərinə götürməyib. Lakin analitiklər hadisənin regionda İranla bağlı “gərginliyin kəskinləşməsi” fonunda baş verdiyinə diqqət çəkir. ABŞ Mərkəzi Komandanlığı da bildirib ki, Oman sahillərində tankerə hücum İran istehsalı olan dronla həyata keçirilib. Bundan əvvəl Ağ Ev rəsmilərindən biri demişdi ki, Vaşinqton hücumun İran PUA-sı tərəfindən edildiyinə tam əmindir. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, dronun qalıqları onun İran istehsalı “Şahed” tipli kamikadze dronu olduğunu göstərir: “Bu mühüm dəniz boğazında mülki gəmi üzərinə PUA ilə hücum edilməsi bir daha İranın bu regionda pozucu fəaliyyətlərini nümayiş etdirir”.  İsrail rəsmiləri də neft tankerinə hücuma görə İranı ittiham edib. “Eastern Pacific Shipping” şirkəti bildirir ki, gəmiyə zədə dəyib, xəsarət alan olmayıb və neft sızması baş verməyib. ABŞ və İsrail artıq İrana qarşı müvafiq addımlar atılmasını zəruri hesab edir. Elə İsrailin müdafiə naziri Benni Qants da amerikalı həmkarı Lloyd Ostin ilə telefon danışığı zamanı İrandan gələn təhlükə barədə danışıb. Qants vurğulayıb ki, İran xüsusilə son dövrlərdə özünün strateji qlobal və regional təhlükə olduğunu sübut edib, bu baxımdan belə bir çağırış qarşısında əməkdaşlığın gücləndirilməsi daha vacibdir: “İsrailin İrana zərbə endirmək imkanı var, ancaq ölkə rəhbərliyi belə bir addım atmağı vacib hesab edərsə, bunu diqqətlə nəzərdən keçirməli olacaq. İsrailin İranda hərəkət etmək imkanı var. Bizim hazırlığımız, bacarığımız və uzunmüddətli planlarımız var. Biz bu ehtimala hazırlaşmalıyıq, lakin hərəkətə keçməzdən əvvəl bu məsələ ətrafında çox diqqətlə düşünməliyik”. ABŞ Daxili Təhlükəsizlik Departamentinin rəhbəri Alexandro Mayorkas isə qeyd edir ki, İranın imkanları ABŞ-da düşmənçilik əməliyyatlarını inkişaf etdirməyə imkan verir: “Onun imkanlarını nəzərə alaraq, İran az və ya heç bir xəbərdarlıq etmədən ABŞ-ı hədəf alan hücum planını irəli sürə bilər”. Mayorkas qeyd edib ki, İran ABŞ üçün daimi təhlükə yaradır.

İranın terrora himayəçiliyi də təkcə İsrail və ABŞ yox, bütün region ölkələri üçün təhdid yaradır. Məhz belə bir vaxtda bəlli olub ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı bölməsi olan “Əl-Qüds”ün israilli iş adamı, Gürcüstan-İsrail Biznes Palatasının prezidenti İtzik Moşeyə qarşı sui-qəsd hazırladığı məlum olub. İsrailin kəşfiyyat orqanları İranın Moşeyə qarşı sui-qəsd hazırdığı barədə Gürcüstan tərəfini məlumatlandırıb. İsrailin Tiflisdəki səfiri Adas Meysad sui-qəsdin qarşısını aldığı üçün Gürcüstanın xüsusi xidmət orqanlarına və hökumətinə təşəkkür edib: “Biz bir daha şahidi olduq ki, İran təkcə Yaxın Şərqdə deyil, bütün dünyada, indi də burada, dinc Gürcüstanda terror aktları törətmək cəhdlərini davam etdirir”. Xatırladaq ki, bu günlərdə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti İsrail vətəndaşının xaricdən sifariş edilən qətlinin qarşısının alındığını açıqlamışdı. Maraqlıdır ki, İran rejimi öz vətəndaşlarına qarşı da terror aktından əl çəkmir. Bunu sözügedən ölkədə baş verən son terror aktları da təsdiq edir. Qeyd edək ki, İranın Xuzistan vilayətinin İzə şəhərində motosikletlərdə olan bir neçə nəfər bazarda insanlara və polis əməkdaşlarına avtomat silahla atəş açıb.Terror aktı nəticəsində biri uşaq və biri qadın olmaqla 5 nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralılar arasında polislər də var. Yaralılardan bir neçəsi çox ağır vəziyyətdədir. Noyabrın 16-da İranın İsfahan əyalətində də terror aktı baş verib. Burada da motosikletçilərin açdığı atəş nəticəsində 2 nəfər ölüb, daha iki nəfər isə yaralanıb. Ölənlərin hər ikisi polis əməkdaşıdır. Xuzistan və İsfahan vilayətlərində törədilən terror aktları haqqında danışan İran üzrə ekspert Kərim Əsgəri baş verənlərlə bağlı maraqlı açıqlama verib: “Hazırda İranda vəziyyət çox gərgin və qarışıqdır. Lakin bütün hallarda baş verən terror aktlarının törədilməsində hər kəs ilk növbədə hazırkı rejimdən şübhələnir”. Ekspertin sözlərinə görə, etirazlara fərqli don geyindirmək üçün belə addımlar atıla bilər: “Çünki mitinqlərin iştirakçılarının böyük əksəriyyəti dinc vətəndaşdır. İrandakı rejim isə məsələni silahlı fəaliyyət və separatçılıq kimi qələmə vermək, etirazları zorakılıqla yatırtmaq, hədəf yayındırmaq üçün terrorun arxasında dura bilər. Hazırda İranda internetin məhdudlaşdırılması və dinc əhaliyə qarşı zorakılıq halları da rejimin həm son terror aktlarında, həm də Şirazda Şah-Çıraq məqbərəsində edilən hücumlarda barmağının olması ehtimalını artırır”. Lakin belə terrorçu fəaliyyətlə İran xalq etirazlarını dayandırmaqda acizdir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ