Rusiya Müdafiə Nazirliyi Polşa ərazisinə Rusiya raketlərinin düşməsi ilə bağlı iddiları təxribat adlandırıb.
“Polşa mətbuatının və rəsmilərinin Pşevodov yaşayış məntəqəsi ərazisinə “Rusiya” raketlərinin düşməsi ilə bağlı iddialar vəziyyəti gərginləşdirmək üçün qəsdən törədilmiş təxribatdır. Ukrayna-Polşa sərhədi yaxınlığındakı hədəflərə Rusiya silahları ilə heç bir hücum olmayıb.
Polşa mediasının hadisə yerindən yaydığı raket qalıqların fotoşəkillərinin də Rusiya silahları ilə heç bir əlaqəsi yoxdur – deyə Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Tahir TAĞIYEV